Belarusiya Qızıl Xaç Komitəsinin dəvəti ilə Fövqəladə hallar və axtarışla bağlı 26-30 sentyabr 2015-ci il tarixində Minsk vilayətinin Rakov qəsəbəsində beynəlxalq məktəbin 4-cü görüşü keçirilmişdir. Görüşdə Belarus, Litva, Latviya,Qazaxıstan, Ukrayna, Norveç, Danimarka, İsrail, Avstriya, Bolqarıstan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri federasiyasının nümayəndə heyəti olmaqla, ümumilikdə 100 nəfərin iştirakı ilə qatıldığı tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 3 nəfərdən ibarət nümayəndə heyəti də var idi. Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə, Psixososial dəstək üzrə məsul şəxs Elnarə Mehdiyeva, AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova nümayəndə heyyətimizi təmsil edirdi.
Treyninqin ilk günü məktəbin açılışı ilə bağlı Belarusiya Qızıl Xaç Komitəsinin baş katibi B.B.Kolbanovun qonaqları salamlamasından sonra milli cəmiyyət nümayəndələrinin Fövqəladə hallara hazırlıq və cavabvermə ilə bağlı gördüyü işlərin təqdimatları olmuşdur. Həmçinin, Azərbaycan nümayəndə heyyətindən Mətanət Məhərrəmova Sumqayıt şəhər bölməsinin Mobil Dəstə üzrə Fövqəladə hallarla görülən işlərə həsr olunmuş şəkillər əsasında prezentasiyasını təqdim etmişdir. Seminarın ikinci günü təkmilləşdirilmiş kurslar keçirilmişdir, Fərid Seyidzadə və Elnarə Mehdiyeva İlk Psixososial dəstək, Mətanət Məhərrəmova isə Beynəlxalq humanitar qanunlar mövzusunda kurs keçmiş və bu sahənin sertifikatlarını almışdılar. Təlim iştirakçıları bölmələrə bölünərək, komandaların iş qaydası, FH zamanı könüllülərin təhlükəsiz davranış qaydaları, ilk yardımın əsası, ilk psixoloji dəstəyin əsası sahəsində brifinq və təlim keçirilmişdir. Bundan əlavə, meşədə sutkalıq təlimə hazırlıq işləri aparılmış və bir günlük təlim keçirilmiş, çadırlar qurulmuş, şərti yanğın törədilmiş, yaralılar xilas olunaraq ilk yardım və psixoloji dəstək göstərilmişdir. 30 sentyabr 2015-ci il tarixində bütün iştirakçılara Fövqəladə hallara hazırlıq və cavabvermə üzrə 4-cü Beynəlxalq məktəbin sertifikatları təqdim olunmuşdur. Təlimin sonunda xatirə şəkilləri çəkdirilmişdir.