Bildiyiniz kimi əsrin bəlası Covid-19 pandemiyası bütün dünyada tüğyan elədiyi kimi ölkəmizdə də öz mənfi təzahürlərini göstərdi.Məhz bu ağır dövrdə Qızıl Aypara Cəmiyyəti də öz könüllü dəstələrini mobilizə edərək, qeydiyyatında olan 65 yaş üstü yaşlı ahıllara,valideyin himayəsindən məhrum uşaqlar yaşadığı ailələrə,əlillərə,bir sözlə ehtiyaclı təbəqələrdən olan insanlara öz maddi və mənəvi yardımlarını göstərdi.Belə ki,cəmiyyətimizlə birgə xeyriyyə aksiyalarına qatılan təşkilatlara yazılı və şifahi müraciətlər olundu.Bu müracətlərə cavab olaraq əməkdaşlıq etdiyimiz idarə,müəssisə,şirkətlərin dəstəyi sayəsində mart ayından başlayaraq altı ay ərzində ümumilikdə 2178 ailəyə ərzaq və qeyri-ərzaq yardımları göstərildi.Mart ayı Novruz bayramı ərəfəsində 500 ailəyə,aprel ayı 325 ailəyə,may ayı və Ramazan bayramı ərəfəsində 416 ailəyə,iyun ayı 330 ailəyə,iyul ayı və Qurban bayramı ərəfəsində 537 ailəyə,avqust ayının 8-nə kimi 70 ailəyə humanitar yardımlar göstərilmişdi. bu yardımların ərsəyə gəlməsində dəstək olan idarə,müəssisə,şirkət və ənənəvi xeyriyyəcilərimizə öz adımızdan və benifisarlar adından minnətdarlığımızı bildiririk!Onları siz də tanıyın:
Sumqayıt şəhər İcra Hakimiyyəti
Socar Polyumer MMC
Paşa Sığorta ASC
Paşa Həyat Sığorta ASC
Azertexnolayn MMC
Lactalis Caspi
Ordubad Market
USAİD, Unicef və AZ.QAC
Proctor Gamble şirkəti və Az.QAC
BQX və QA Federasiyası və AZ.QAC
Gəncliyə Yardım Fondu,Tika və Az.QAC
2008-ci ildən əməkdaşlıq etdiyimiz xeyriyyəcimiz
2012-ci ildən əməkdaşlıq etdiyimiz xeyriyyəcimiz
2018-ci ildən xarici ölkədə görəvdə olan xeyriyyəcimiz
2018-cu ildən əməkdaşlıq etdiyimiz,demək olar ki son bu aylar hər ay Qurban əti gətirən xeyriyyəcimiz
Bizimlə bu cətin günlərdə ehtiyac sahiblərinin yanında olan mərhəmətli təşkilat rəhbərlərinə,harda olmalarından asılı olmayaraq,vətəninin,onun ehtiyaclı təbəqəsini düşünən xeyirxah dostlarımıza öz adımızdan,maddi və mənəvi yardım alaraq,tək olmadığını hiss edən benifisarlar adından onlara öz minnətdarlığımızı bildiririk! Var olun!
Bütün bu yardımların paylanılmasında öz həyatlarını xəstəlik təhlükəsi ilə üzbəüz qoyan könüllülərimizi də unutmaq olmaz.Karantin dövründə yardımların evlərdə ehtiyac sahiblərinə paylanılmasında əməyi kecən hər bir könüllüyə ayrı-ayrılıqda təşəkkür və minnətdarlığımızı bildiririk.Yolunuz acıq və rəvan olsun əziz könüllülərimiz!