10 iyun 2015-ci il tarixində AzQAC-nin İcraçı Katibi Bayram Vəliyev və qurumun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova Milli Cəmiyyətin Baş Qərargahında Yaponiyanın Azərbaycandakı Səfirliyinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Proqramı” üzrə koordinatoru cənab Hiroşi Seto və səfirliyin nümayəndəsi Leyla Hacızadə ilə görüşmüşdür.
Görüşün məqsədi Azərbaycanın ən böyük humanitar təşkilatı olan AzQAC və respublikamızda özünün müxtəlif səpkili maraqlı infrastruktur və s. dəstək layihələri və fəaliyyətləri ilə fərqlənən Yaponiya Səfirliyi arasında mövcud olan əməkdaşlıq məsələlərinin müzakirəsi olmuşdur.
Qonaqlar ilk olaraq AzQAC-nin Baş Qərargahı və Milli Cəmiyyətin muzeyi ilə tanış oldular. Daha sonra qurumun İcraçı Katibi Milli Cəmiyyətin həyata keçirdiyi humanitar fəaliyyətlər, layihə və proqramlar haqqında cənab Hiroşi Setoya məlumat verdi. Eyni zamanda qonaqlara Milli Cəmiyyətin Strateji Planı haqqında da məlumat verilmişdir.
Görüş zamanı Yaponiya Səfirliyi ilə mövcud olan əməkdaşlıq münasibətlərinə toxunularaq, əməkdaşlıq çərçivəsində Qazax (2010) və Şəmkir (2014) rayonlarında əhalinin içməli su ilə təmin edilməsi üçün Yaponiya səfirliyinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrantı vasitəsilə mailiyyələşən su xətlərinin bərpası layihələrini, həmçinin 2015-2016-cı illərdə Bərdə rayonunun Körpüsındıran kəndində həyata keçirilməsi nəzərdə tutulan içməli su xəttinin bərpası layihəsi müzakirə olunmuşdur.
Səfirlik rəsmisi də öz növbəsində AzQAC-la əməkdaşlıqdan məmnun olduqlarını bildirmişdir.
Ceyhun Məmmədzadə
|AuthorTest