Humanizm
Ayrı-seçkilik etmədən döyüş meydanlarında yaralılara yardım göstərmək zərurətindən yaranmış Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı istər Beynəlxalq istərsə də milli səviyyədə hər hansı bir şəraitdə insan iztirablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalış.
QərəZsizlik
Hərəkat heç kəsə dini, irqi, milli xüsusiyyələri, sinfi mənsubiyyəti, siyasi əqidəsi və sosial mövqeyinə görə fərq qoymur. O, insanların düşdükləri əzab-əziyyətin ölçüsünə görə yardım edir. O, ilk növbədə ən ağır bəlalara düçar olanların köməyinə tələsir.
Neytrallıq
Hərəkat hər kəsin ona olan inamını qoruyub saxlamaq məqsədilə, hərbi münaqişələrdə heç bir tərəfi müdafiə etməyərək düşmənçiliyə qarışmır, siyasi, irqi, dini və ideoloji mübahisələrdə bitərəf mövqe nümayiş etdirir.
Müstəqillik
Hərəkat müstəqildir. Öz insansevərlik fəaliyyətində mövcud hakimiyyətə yardımçı olub, ölkəsində hakim olan qanunlara tabe olmaqla Milli Cəmiyyətlər öz muxtariyyətlərini qoruyub saxlayırlar ki, bu da onlara Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsipləri ilə işləmək imkanı verir.
Könüllülük
Hərəkat heç bir maraq güdməyən könüllü yardım müəssisəsidir
Vahidlik
Bir ölkədə yalnız bir Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ola bilər. Onun qapıları hamının üzünə açıqdır və öz insansevərlik fəaliyyətini ölkənin bütün ərazisində həyata keçirir
Universallıq
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ümumbəşəri, universal bir qurumdur ki, bu qurumda bütün Cəmiyyətin bərabər hüquqları var və onlar bir-birilərinə kömək etməyə borcludular.