Fəaliyyət İstiqamətlərimiz

HUMANİTAR YARDIM

HUMANİTAR YARDIM

1.Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Humanitar yardım şöbəsi Milli Cəmiyyətin (Az.QAC) Katibliyinin struktur bir bölməsidir və onun fəaliyyəti QAC Nizamnaməsinin tələbləri və QAC Rəyasət Heyətinin təsdiq etdiyi Humanitar yardım siyasəti haqqında təlimata uyğun qaydada təzimlənir.

FÖVQƏLADƏ HALLARA HAZIRLIQ VƏ CAVAB VERMƏ

FÖVQƏLADƏ HALLARA HAZIRLIQ VƏ CAVAB VERMƏ

Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin fəaliyyət istiqamətləri

 

  • Fövqəladə Hallara Hazırlıq və Cavabvermə sahəsində fəaliyyətlərə dair təlimlərin təşkili
  • AzQAC Yerli Bölmələrində və Regional Mərkəzlərdə yaradılmış mobil könüllü və ilk yardım dəstələrinin fəaliyyətinin aktivləşdirilməsi
  • Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında memorandum çərçivəsində əməkdaşlığın və digər beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlığın və koordinasiyanın  genişləndirilməsi

SAĞLAMLIQ VƏ QAYĞI

SAĞLAMLIQ VƏ QAYĞI

MƏQSƏD:  Səhiyyə maarifi və səhiyyə xidmətləri vasitəsilə insanların təhlükəsiz həyat sürməsi naminə biliklərini artırmaq

Tibbi biliklərin yüksək səviyyəsi sağlam cəmiyyətin yaradılması işində vacib amildir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada içtimai səhiyyə sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət və QHT əməkdaşlığı davam etdirərək, Regional Mərkəzləri və Yerli  Bölmələrində fəaliyyət göstərən könüllü sağlamlıq işçiləri vasitəsilə əhalinin təhlükəsiz həyat sürməsinə,  sağlamlığın yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair İİV/QİÇS, Vərəm, Narkomaniya, Süd vəzi xərçəngi, Diabet, Qrip və s. kimi xəstəliklər, eləcə də psixi sağlamlığın qorunması, İlk Yardım vərdişlərinin aşılanmasına dair geniş səhiyyə maarifi işini təşkil  edir.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental prinsiplərinin və Beynəlxalq Humanitar Hüququn əsaslarının yayımı

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental prinsiplərinin və Beynəlxalq Humanitar Hüququn əsaslarının yayımı

MƏQSƏD:

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (BQX/QAH) tarixi və onun tərkib hissələri, yəni Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızı Aypara Cəmiyyətləri Federasiyası (Federasiya) və Milli Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətlərinin fəaliyyətləri, Hərəkatın fundamental prinsipləri, Qızıl Xaç, Qızıl Aypara və Qızıl Kristal emblemlərindən düzgün istifadə qaydaları və Beynəlxalq Humanitar Hüququn (BHH) əsasları haqqında məlumatları ictimaiyyət arasında yaymaq.

GƏNCLƏR VƏ KÖNÜLLÜLƏR

GƏNCLƏR VƏ KÖNÜLLÜLƏR

Ümumi məqsəd:

Qızıl Aypara Cəmiyyətində Gənclər və könüllülərin cəlbolunma idarəetmə sisteminin inkişaf etdirilməsi  və bununla sosial çəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyaçı olan əhaliyə könüllü xidmətin səmərəliliyinin artırılmasidir.

GƏNCLƏR KOMİTƏSİ

GƏNCLƏR KOMİTƏSİ

MƏQSƏD:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Gənclər Komitəsinin (AzQAC Gənclər Komitəsi) əsas məqsədi  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını rəhbər tutaraq gənc (uşaqlar, yeniyetmələr, məktəblilər, tələbələr, əlil uşaq və gənclər) insanlar arasında Könüllülük Hərəkatının inkişafı, Beynəlxalq Humanitar dəyərlərin aşılanması, sülh, qarşılıqlı hörməti və anlaşma ideyalarını geniş şəkildə yaymaq, gənclərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə maarifləndirməси, sağlam həyat tərzinin formalaşması və mənəvi rifahınıн yüksəldilməsi sahəsində fəaliyyətlər həyata keçirməkdən ibarətdir.

SİLAHLARA QARŞI MÜBARİZƏ

SİLAHLARA QARŞI MÜBARİZƏ

MƏQSƏD və FƏALİYYƏTLƏR:

Respublikada silahların (minalar, müharibənin partlayıcı qalıqları–MPQ) mülki əhali üçün yaratdığı humanitar problemlərin həllində fəaliyyət göstərən aparıcı təşkilatlаrdаn biri kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətini, bu sahədə daha fəal, təkmilləşmiş, operativ bir qurum olaraq mina və partlamamış hərbi sürsatlardan (PHS) zərər çəkmiş icmalarda “Mina Risklərinin Azaldılması” (cəbhəyanı kəndlərdə uşaqlar üçün “Təhlükəsiz Oyun Meydançalarını” (TOM) quraşdırmaq və s. müxtəlif layihələr), “Mina Üzrə Maarifləndirmə” işlərində ANAMA ilə (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) birgə və ya fərdi qaydada fəaliyyət göstərmək, “Mina/MPQ Hadisələri və Qurbanları, eləcə də Minadan Zərərçəkənlərin Ehtiyaclarına dair Məlumatların Toplanması” üzrə AzQAC və ANAMA arasında imzalanmış rəsmi əməkdaşlıq memorandumuna əsasən fəaliyyəti uğurla davam etdirmək, “Mina Qurbanlarına Yardım” strategiyası çərçivəsində mina və MPQ partlayışı nəticəsində ailə başçısını itirmiş həmçinin əlil olmuş ailələrin sosial vəziyyətinin qismən də olsa bərpa olunması istiqamətində layihələr reallaşdırmaq, cəbhə bölgəsində yaşayan icmalarda müharibənin törətdiyi iqdisadi problemlərin aradan qaldırıması işində iqdisadi təhlükəsizliyin təmin olunması məqsədilə infrastruktur və s. humanitar yardım fəaliyyətlərinin təşkil olunması işini həyata keçirmək, icmalar və ANAMA arasında vasitəçi rol oynamaq, mina / MPQ-lərə qarşı fəaliyyət göstərən digər yerli və beynəlxalq, hökumət və qeyri-hökumət humanitar təşkilatları ilə sıx əməkdaşlıq etmək.

FANDREYZİNQ VƏ GƏLİR GƏTİRMƏ

FANDREYZİNQ VƏ GƏLİR GƏTİRMƏ

Məqsədimiz :

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə bazasının gücləndirilməsi məqsədilə maliyyə mənbələrinin müxtəlifliyini təmin edərək stabil maddi-texniki bazanı yaratmaq.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (bundan sonra AzQAC və ya Cəmiyyət)  Fondların artırılması və gəlir-gətirmə (Fandreyzinq) şöbəsinin fəaliyyət istiqamətinin başlıca məqsədi AzQAC-ın maliyyə bazasını gücləndirməkdir. Fandreyzinq şöbəsi Cəmiyyətin strateji planına uyğun olaraq  maliyyə bazasını gücləndirmək üçün müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirdir. Təbii ki, bu tədbirlər zamanı bir sıra xarici milli cəmiyyətlərin təcrübələrindən istifadə etməklə görülən işlər daha da təkmil formada gerçəkləşdirilir. Fondların artırılması istiqamətində görülən işlərdən biri də ictimai-iaşə obyektlərində AzQAC-a məxsus üzərində Qızıl Aypara loqolu, şəffaf ianə qutularının yerləşdirilməsidir. İanə qutularının yerlərdə yerləşdirilməsinin əsas məqsədi toplanan pul ianələri hesabına kövrək qəbildən olan insanlara, yəni fövqəladə hallar və təbii fəalkətlər zamanı zərər çəkmişlərə, tənha qocalara, kimsəsizlərə və aztəminatlı insanlara müvafiq yardımlar etmək olmuşdur. Əhalinin könüllü olaraq etdikləti ianələr qutulardan toplanılaraq fonda mədaxil edilir,daha sonra bu ianələr təyinatı üzrə lazımi şöbələrə ehtiyacı olan insanlara yardım etmək məqsədilə həvalə edilir.

Bundan əlavə, Fandreyzinq şöbəsi AzQAC-ın rəsmi internet səhifəsi olan “www.redcrescent.az”-da onlayn ianə xidmətini də göstərməkdədir. Bu səhifədə ianəçilər iş yerlərindən, evlərindən, yaşadıqları xarici dövlətlərdən olan və vaxtını səmərəli keçirtmək istəyən iş adamlarının heç bir çətinlik çəkmədən onlayn olaraq ianə edə bilərlər.

Ehtiyacı olan insanlara daim yardım etməyi əsas prinsip tutan Cəmiyyətimizin Fandreyzinq şöbəsi nəinki Azərbaycanımızda hətta, dünyanın müxtəlif yerlərində baş verən ictimai-siyasi, fövqəladə hallar və təbii fəlakətlər zamanı kompaniyalar keçirtməkdədir. Misal olaraq Somalidə daxili ixtişaşlar zamanı aclıqdan əziyyət çəkən insanlara , Türkiyənin Van , İranın Təbriz vilayətlərində baş vermiş fövqəladə hal və təbii fəlakət nəticəsində zərər çəkmişlərə, Suriyada hazırda da davam edən daxili müharibədən əziyyət çəkən minlərlə insanlara yardım məqsədilə Cəmiyyətin rəsmi internet səhifəsi vasitəsilə dəstək kampaniyası keçirilməsini göstərmək olar.

“2011-2015 Starteji plan”-nına uyğun olaraq planlaşdırılmış bankomatlar (ATM) vasitəsilə ianə edilməsi xidmətinin fəaliyyətə başlanılması üzrə işlər son sürətlə davam etdirilir.

Plana uyğun olaraq 2013-cü ildən Fandreyzinq şöbəsi ilk yardım kurslarına müxtəlif firmaların, şirkətlərin cəlb edilməsi sahəsindəki işlərinə də artıq start vermişdir. Bununla da iş yeri çalışanlarının ilk yardım vərdişlərinə yiyələnməsinə nail olmaq nəzərdə tutulur.

YERLİ BÖLMƏLƏRİN İNKİŞAFI

YERLİ BÖLMƏLƏRİN İNKİŞAFI

MƏQSƏD:

Proqramın məqsədi sosial və sağlamlıг faktorlarını nəzərə almaqla icmalarda imkansızlığın azadılmasına nail olmaq məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin йерли бюлмяляри strukturlarının və imkanlarının güclədirilməsi.

AXTARIŞ XİDMƏTİ

AXTARIŞ XİDMƏTİ

Axtarış Xidmətinin və itirilmiş ailə əlaqələrinin bərpası

Sosial sarısntı, təbii fəlakətlər, müharibələr zamanı öz yahınlarını itirən insanlara köməklik göstərmək istəyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.