May və iyun ayları üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə olaraq keçmiş təmas xəttinə yaxın kəndlərdə “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda Füzuli rayonunun aşağı Alıxanlı kəndində Post test və Qapı-Qapı sessiyası həyata keçirib.
Yayım sessiyasının məqsədi insanları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr və təhlükə ilə qarşılaşıldığı zaman atılacaq addımlar haqqında məlumatlandırmaq və təhlükələrdən qorumaq olub. Fəaliyyətlər AzQAC-ın könüllüləri tərəfindən həyata keçirilib.
Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov, BQXK-nın Silahların Yaratdığı Təhlükələr şöbəsinin əməkdaşı Nicat Məmmədov iştirak ediblər.