22 iyunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Xətai rayon H.Əliyev parkında keçirilən Türk və Azərbaycan folklor sənətçilərinin ifasında “Göydən üç alma düşdü” adlı böyük nağıl bayramında miqrant ailələr və uşaqlar iştirak ediblər.
Tanınmış folklorşünas-nağılçıların dili ilə söylənən nağıllar, şeirlər, xüsusi hazırlanmış əyləncə proqramı, rəngarəng ifalar hər bir uşaq üçün unudulmaz istirahət və sevinc olub.
Tamaşadan sonra miqrant valideynlər təşkilati dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, müəllimə Sona Hacıyevaya və dəvətə görə komitənin məsul işçilərinə təşəkkür ediblər.