_MG_8340

Sabunçu rayonunda “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda tədbir keçirildi

Ümumdünya Səhiyyə Təşkilatına əsasən 2017 ildə 10 millon insan vərəmə yoluxmuşdur. Ümumilikdə dünyada 1,7 milliard insan vərəmə yoluxub. Bu baxımdan, olkələrə insanların xəstəliklə bağlı mütəmadi şəkildə maariflənməsi tövsiyyə olunur.

Belə ki, 26 yanvar 2019-cu il tarixində AzQAC-in Sabunçu RB və Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının dəstəyi ilə Bakıxanov qəsəbəsində yerləşən “Asüdə vaxtı” Mərkəzi, M.Şəhriyar adına uşaq kitabxanasında “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda seminar təşkil olunmuşdur.

Seminarda Sabunçu rayon Qadınlar Cəmiyyətinin üzvləri, tibb bacıları, həkimlər və jurnalistlər, kitabxana və məktəb nümayəndələri, vərəmə yoluxmuş və uğurlu müalicə olunan xəstə iştirak etmişlər.

Tədbiri giriş sözləri ilə açan AzQAC-in Sabunçu RB-in sədri Elmira Məlikova görüş iştirakçılarını salamladı və Cəmiyyətin (xüsusilə sağlamlıq sahəsində) rayonun içtimai fəaliyyətində digər yerli qurumlarla əməkdaşlıq çərçivəsində mütəmadi fəal iştirak etdiyini vurğuladı.

Daha sonra çıxış edən AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova (Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının üzvü) Ümumdünya Səhiyyə Təşkilatını narahat edən qlobal vərəmin və xüsusilə də onun dərmanlara davamlı formasının yayılmasından danışaraq, təşkilatın son strateji planına əsasən 2030-cu ilədək vərəmə son qoymaqla bağlı dünya ölkələri qarşısında duran öhdəliklər və hədəflər barədə geniş məlumat verdi. Bununla yanaşı o, Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və eləcə də AzQAC-in  vərəm sahəsində görülən fəaliyyətlər barədə geniş təqdimat etdi.

Tədbirdə iştirak edən “Sağlamlığa Xidmət” İctimai Birliyinin həkim koordinatoru Samirə Məmmədova (Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının üzvü) xəstəliyin yoluxma yolları, müalicə və profilaktikası  haqqında təqdimatla çıxış edərək,  iştirakçıları maraqlandıran suallarını cavablandırmışdır. Onun sözlərinə görə, ölkəmizdə vərəm xəstələrinə yönəli ayrıseçkiliyin qarşısının alınması bu xəstəlikdən sağalma hallarının artmasına öz töhfəsini verə bilər.

Daha sonra Sağlamlığa Xidmət İB-in sədr müavini Pərvanə Vəliyeva QHT Koalisiyasının yaranma tarixi və vərəmlə mübarizə sahəsindəki geniş fəaliyyəti haqqında təqdimat etdi. O, bildirdi ki, vərəmlə mübarizədə qeyri-hökümət təşkilatları əvəzsiz rol oynayır və QHT-lərin aidiyyatı dövlət qurumları ilə birgə səyi nəticəsində Azərbaycanda bu sahədə uğurlu nəticələr əldə olunmuşdur.

AzQAC-n Miqrasiya şöbəsinin mütəxəssisi, azərbaycan dili kursun müəllimi Sona Hacıyeva (Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının üzvü)  Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə başlayan penitensiar müəssisələrdə vərəm nəzarətin gücləndirilməsi layihəsi və uğurlu təcrübələri barədə tədbir iştirakçılarına geniş məlumatlarla çıxış etdi.

Tədbir ərzində Azərbaycan vərəm əlehinə QHT Koalisiya tərəfindən hazırladığı vərəmlə bağlı maarifləndirici sosial video çarxlar və “Qışın isti nəfəsi” adlı qısametrajlı bədii filmi nümayiş olundu. Qeyd etmək lazımdır təqdim edilən maarifləndirici video çarxların ikisi  Azərvaycan Ftiziatr və Pulmonoloqlar Assosiasiya tərəfindən hazırlanmışdır.

Sonda İştirakçılar tədbirdə vərəmlə bağlı yeni məlumatların əldə etdiklərini və buna görə  məmnun olduqlarını qeyd edərək, bu cür tədbirlərin orta və ali təhsil müəs-sisələrində daha çox təşkil olunmasının  zəruri olduğunu və bundan sonra təmsil etdikləri qurumlarda vərəmlə mübarizədə fəal iştirak etdiklərini səsləndirdilər.  _MG_8453 IMG_8329

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.