14-15 iyul 2016-cı il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Lənkaran Regional Mərkəzinə (RM) daxil olan rayon bölmə sədrlərinin və Baş Gərargahdan İcraçı Katib Ceyhun Mirzəyev, İcraçı Katibin müavinləri Səbinə Məhbubi-İran və Şaban Şayevin iştirakı ilə “Strateji İnkişaf Planı” (SİP) (2016-2020), Regional Mərkəz və rayon bölmələri üçün hazırlanmış yeni “Vahid hesabat sistemi” və digər vacib məsələlər üzrə növbəti görüş keçirilmişdir.
Tədbir 2016-2020-ci illəri əhatə edən yeni SİP-ın təqdimatından başlamışdır. Qeyd edilmişdir ki, sənəd beş məqsəd üzərində qurulmuş və hər məqsədə görə vəzifələr və göstəricilər daxil olunmuşdur. Digər regionlarda olan görüşlərdə qeyd edildiyi kimi region, rayon bölmələri səviyyələrində görülən bütün fəaliyyətlər SİP-ə istinad olmalı və müvafiq göstəricilər hesabatlarda öz əksini tapmalıdır.
Planlaşdırmanın yeni ərəfəsində fövqəladə hallar zamanı çevik səfərbər olunan, düzgün qaydada qiymətləndirməni aparan, humanitar dəstəyin paylanışında fəal iştirak edən, İlk Yardım vərdişləri, Axtarış xidməti və s. işləri aparan Mobil Könüllü Dəstələrin (MKD) yaradılması nəzərdə tutulub. MKD-r regional səviyyədə və sonra təbii fəlakətlərə daha meyilli olan rayonların səviyyəsində yaradılacaq. Dəstələrə tələblərə uyğun olan regiondan və rayon bölmələrindən işçilər və könüllülər dəvət olunacaq.
Son zamanlar miqrasiya sahəsində görülən fəaliyyətlər, tədbirlər təqdirə layıqlı olduğuna görə və miqrasiya məsələsinin aktuallığını nəzərə alaraq yeni ərəfədə fəaliyyətlərin genişlənməsi məqsədə uyğundur.
SİP-in 5 məqsədlərinin tərkibinə daxil edilən “Təhlükəsiz Giriş” konsepsiyası son zamanlar cəbhə xəttində baş verən gərginliklə və ümumilikdə yerlərdə fəaliyyətlər aparılan zaman düzgün davranışa, xarici görünüşə, təşkilat arası və kənarda münasibətlərin düzgün qurulmasına daha ciddi fikir verməkdən irəli gəlir.
Artıq digər regionlarda izah edildiyi kimi, bu görüşdə də qeyd edildi ki, AzQAC-ın RM və rayon bölmələrindən toplanılan məlumatların, göstərilən yardımların, həyata keçirilmiş fəaliyyətlərin daha dəqiq, şəffaf və aydın şəkildə təqdim edilməsi üçün “Vahid hesabat sistemi” sənədi tərtib edilmişdir və bundan sonra yerlərdən hesabat bu sənədə əsasən toplanılacaq.
Təqdimatların sonunda hər bir rayon bölmə sədrinə yeni “Strateji İnkişaf Planı” (2016- 2020) və vahid hesabatın nüsxəsi təqdim olundu.
Bayram
Super