28.01.2019-ci il tarixində Beynəlxalq Qızıl Xac Komitəsinin və Az.QAC-in Baş idarəsinin əməkdaşları AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olmuşdular. Görüşdə Beynəlxalq Qızıl Xac Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları Lyudmila Şepelyova,Rasim Allazov,Nigar Rüstəmzadə və həmçinin Az.QAC Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran Sumqayıt şəhər bölməsinin əməkdaşları və Çevik Mobil Dəstə könüllüləri iştirak etmişdir . Görüşün məqsədi mövcud Mobil Dəstənin inkişafı, genişləndirilməsi və gücləndirilməsi , bilik və bacarıqların təkmilləşdirilməsi , yaxın gələcəkdə lazımi texniki dəstəyin göstərilməsi idi. Eyni zamanda AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova iştirakçları salamlayaraq,yeni Fövqəladə Könüllü Mobil Dəstə üzvlərimizi qonaqlarla tanış etdi. Qonaqlarda öz növbələrində AzQAC-ın ayrı-ayrı bölgələrində yaradılmış Çevik Mobil Dəstələrin fəaliyyəti haqqında çıxış edərək,Sumqayıt şəhər bölməsinin Mobil Dəstəsinin daha da təkmiləşdirilməsi və yaxın zamanlarda görüləcək işlər haqqında könüllüləri ətraflı məlumatlandırdılar.Çay süfrəsi ətrafında keçən səmimi görüş əsnasında könüllülər onları maraqlandıran suallara aidiyyəti şəxslər tərəfindən cavab aldılar. Daha sonra AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri bölmənin ərazisində İlk Yardım postunu qurdular. Maraqlı və diskusiya xarakterli görüşdən qonaqlar məmnunluqlarını bildirdilər.