“2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyətinin şəhər Bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində bədii-əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbirdə ictimai-fəal və həmçinin müxtəlif sahələrdə könüllü fəaliyyət göstərən gənclər iştirak etmişlər. Baş İdarənin rəisi Elgün Hümbətov və Qızıl Aypara Cəmiyyətinin şəhər Bölməsinin sədri Mətanət Məhərrəmova tədbirdə çıxış edərək 2 fevral – Gənclər Gününün tarixi əhəmiyyətindən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, şəhərimizdə gənclərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışmış, iştirakçıları Gənclər Günü münasibətilə təbrik etmişlər. Daha sonra Baş İdarənin “Nəqliyyat Könüllüləri” devizi altında təşkil etdiyi maarifləndirici aksiyada uğurla iştirak etmiş könüllü gənclərə sertifikatlar təqdim edilmişdir. Tədbirin bədii hissəsində gənclərin ifasında maraqlı şeir, musiqilər səsləndirilmiş, viktorina-müsabiqələri təşkil edilmişdir. Bundan başqa il ərzində bölməmizdə aktiv,humanist fəallıqları ilə seçilən Az.QAC Sumqayıt şəhər bölməsinin könüllüləridə bölmə tərəfindən hazırlanmış xüsusi Fəxri Fərmanlarla təltif olunmuşdur.Tədbir əyləncəli bayram proqramı ilə davam etmişdir. Təbdirimizə təşrif buyuran və il ərzində bölməmizlə sıx əməkdaşlıq edən bütün idarə,müəssisə və təşkilatlarla öz xüsusi təşəkkürlərimizi bildiririk! Gənclər Gününüz Mübarək !