2019 cu il martın 14-də Milli Məclisin Səhiyyə komitəsində “24 Mart -Ümumdünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş “Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmə keçirildi. Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, tədbir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Parlamentin Səhiyyə komitəsi ilə birgə təşkil olunmuşdu.
Dinləmədə həmçinin Milli vərəm proqramının rəhbər vəzifəli şəxsləri, bir çox nazirlik və agentliklərin nümayəndələri, vərəmlə mübarizə sahəsində fəal QHT-lər, Beynəlxalq təşkilatların nümayəndələri və media iştirak edirdi.
Deputat Qənirə Paşayeva bildirdi ki, maarifləndirmə ilə bağlı Qeyri-Hökumət Təşkilatlarının müvafiq işləri barədə vurğuladı. Xüsusi olaraq, O, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası nümayəndlərinin regionlarda kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsində üzləşdikləri çətinlikləri nəzərə alaraq, bununla bağlı aidiyyati qurumlar tərəfindən dəstək verilməsinin vacibliyini qeyd etdi. Vərəm xəstəsi olan ailələrə isə sosial dəstək proqramlarının həyata keçirilməsini xüsusi qeyd etdi.
Azərbaycan TB Koalisiyanın sədri Elçin Muxtarlı dinləmədə çıxış edərək, bildirdi Koalisiya rayonlara səfər zamanı bir çox ailələrin bu xəstəliyin təsirindən məhv olmasının şahidi olduqlarını bildirdi. O, həmçinin qeyd etdi ki, sosial cəhətdən vərəmə qarşı ən başlıca risk qrupu sayılan keçmiş məhkum vərəmli xəstələrə yönəli “xəstəyə dəstək proqramları” dövlət tərəfindən dəstəklənməlidir.
Dövlət Sığorta Agentliyinin rəhbər vəzifəli şəxsinin verdiyi məlumata əsasən, vərəm əleyhinə tibb müəssisələrində icbari tibbi sığortaya keçidlə bağlı 2020-ci ilədək konstruktiv tədbirlər həyata keçirilərək, vərəmlə mübarizə tədbirlərinin maliyyələşdirilməsində yeni mexanizmlər işlənib hazırlanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdülqədirovun verdiyi məlumata əsasən, qanuna edilən yeni dəyişikliklərə əsasən vərəmli xəstələrin əlillik status alması üçün daha uzun müddət xəstəxanada qalmasına ehtiyac qalmayacaq. O, stasionar müalicə müddəti ilə bağlı mövcud meyarların azaldıldığını qeyd etdi.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə və Mətanət Qaraxanova iştirak etmişdilər.