Martın 15-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi Novruz bayramı münasibəti ilə geniş tədbir keçirdi. Bölmə sədri Rəna İbrahimova çıxış edərək tədbir iştirakçılarını xalqımızın əziz bayramı olan Novruz bayramı münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığ, ruzi, bərəkət, xoş günlər arzuladı. Sonra rayon bölməsinin qeydiyyatında olan 80 nəfər tənha qoca, aztəminatlı ailələrə ərzaq yardımı payladı. Yardım alan insanlar onlara göstərilən qayğı üçün, əziz xoş günlərində paylanılan ərzaq yardımına görə Rəna xanıma bu tədbirin keçirilməsinə köməklik edən hər bir insana öz minnətdarlıqlarını bildirdilər.
“Yeni Təfəkkür”