20 mart 2019-cu il tarixində Az.QAC Sumqayıt şəhər bölməsinin dostu Fərid İslamov tərəfindən qeydiyyatımızda olan tənha ahıllara, sağlamlıq imkanı məhdud uşaqlara və ehtiyaclı ailələrə ümumilikdə 30 nəfər olmaqla Novryuz bayramı münasibəti ilə bayram sovqatı paylanıldı. Mətanət Məhərrəmova xeyriyyəci dostlarımızı və iştirakcıları salamlayaraq onları bu gözəl bayram münasibəti ilə təbrik etdi. Fərid İslamov da öz növbəsində hər kəsin bayramını təbrik etdi və hər zaman onların yanında olduqlarını vurğuladı. Ahıllar da öz növbələrində göstərilən qayğı üçün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.