Sumqayıt şəhər İcra hakimiyyəti və AzQAC Sumqayıt şəhər bölməsinin birgə təşkilatcılığı ilə “Novruz” bayramı münasibəti ilə bayram tədbiri kecirildi.Tədbirdə AzQAC-in 300 nəfər ahılı və həmcinin ayrı-ayrı təşkilatların 150 nəfər,ümumilikdə 450 nəfər iştirak edirdi.Sumqayıt İcra hakimiyyəti başcısının birinci müavini Teymur Səmədov tədbir iştirakcılarını salamlayaraq,şəhər İcra başcısı Zakir Fərəcovun təbriklərini onlara çatdırdı.AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova da iştirakçıları təbrik edərək, ahıllara xoş arzularını bildirdi. Bayram sovqatının hazırlanmasında onlara dəstək olan müəsissə və şirkətlərə; Socar Polymer, Azərkimya İB,Paşa Sığorta və Paşa Həyat Sığorta ASC-nin və həmcinin “Ordubad” marketin rəhbərliyinə dəstəklərinə görə minnətdarlığını bildirdi.Tədbirin sonunda iştirakcılara hazırlanan bayram sovqatları paylanıldı.Göstərilən diqqətvə qayğıya görə ahıllar da öz təşəkkürlərini bildirdilər.Tədbirdə iştirak edə bilməyən yataq xəstələrinə sovqatlar AzQAC könüllülərinin tərəfindən evlərində catdırıldı.