56442992_1158897247623736_6386453860474421248_o

“Qan ver, yaşat” devizi altında qanvermə aksiyası keçirildi

AzQAC Sumqayıt Şəhər Bölməsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qan ver, yaşat” devizi altında qanvermə aksiyası keçirildi Aprelin 12-də Sumqayıt şəhərinin 70 və Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi hər il olduğu kimi bu il də hemofiliyalı və talassemiyalı xəstələr üçün “Qan ver, yaşat” devizi altında qanvermə aksiyası keçirildi. Ənənəvi keçirilən aksiyanın məqsədi tələbələri donor olmağa sövq etmək və respublikanın qan bankına və talassemiyadan əziyyət çəkən xəstələrə yardım etməkdir. Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov aksiyanın açılışında çıxış edərək bildirdi ki, talessemiya və hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prosesi mühüm rol oynayır. Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün universitetimizdə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir və xeyriyyəçilik fəaliyyəti gələcəkdə də davam etdiriləcək. Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək humanitar aksiyanın məqsəd və əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur. Sumqayıt Dövlət Universiteti də belə xeyirxah təşəbbüslərə dəstək olaraq qanvermə aksiyaları keçirir. Belə xeyirxah, humanist aksiyanın keçirilməsinə şərait yaradıldığına görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi. Universitetin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçi heyəti, o cümlədən könüllüləri qana ehtiyacı olan insanlara kömək etmək üçün bu nəcib aksiyada fəal iştirak etdilər. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olundu, daha sonra isə qan verildi. İştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirdilər. 500-dən çox müəllim, tələbə və könüllünün qatıldığı aksiyada yığılan qan Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankına təqdim olunacaq və əsasən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. 56786221_1158898167623644_4268521984062652416_o 56823217_1158902180956576_761949527845371904_o 56830064_1158902650956529_5337050516629225472_o 57001922_1158901180956676_9027344910512029696_o 57006300_1158902034289924_3327082787915169792_o 57317057_1158901897623271_1654459468714344448_o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.