8 May BQX və QA hərəkatının ildönümü münasibəti ilə AzQAC Sumqayıt şəhər bölməsinin FMKD-nin “İlk Yardım”postu şəhər 12 saylı məktəbində quruldu.Tədbirdə Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul işciləri, Ağdam,Fizuli rayon bölməsinin könüllüləri və Sumqayıt bölməsinin FMK Dəstəsinin fəal könüllüləri iştirak edirdilər.Tədbiri giriş sözü ilə Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova acaraq,məktəbin müəllim və şagird kollektivinə günün əhəmiyyəti və İlk Yardım postunun qurulma məqsədini acıqladı.Tədbir proqram əsasında İlk yardım və şəxsi təhlükəsizlik,Huşu özündə olmayan,nəfəs alan zərəcəkmiş:bərpa vəziyyəti,Tənəffüs yollarının tutulması:Boğulma,Qanaxma,sınıqlar- mövzularında könüllülər tərəfindən nümayiş olundu.Tədbirə qatılan şagirdlər onları maraqlandıran suallarla təlimcilərə müraciət edərək ilk yardımla baglı müəyyən bilgilərə yiyələndilər.Sonda xatirə şəkili çəkildi.