Bu Ramazan ayında Türk Qızıl Ayı Qida Yardımı Proqramı çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinın qonağı olmuşdu.Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir cox bölmələri kimi bu proqram çərçivəsində Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 200 nəfər tənha ahıllar və fiziki qüsurlu insanlar da bəhrələndilər.Az.QAC fövqaladə hallar şöbəsinin müdiri və Gənclər , könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərovanın müşayəti ilə tədbirə qatılan Türk Kızı lAyının nümayəndə heyətinin iştirakı ilə Sumqayıt bölməsində bayram sovqatının paylanması 23 may tarixində baş tutdu.Tədbiri giriş sözü ilə açan bölmə sədri Mətanət Məhərrəmova qonaqları salamlamış,bu əziz ayda ehtiyaclı insanların yanında olan qardaş ölkənin humanitar təşkilatının nümayəndələrinə öz adından və ahıllar adıından minnətdarlığını bildirdi. 19 adda ərzaq qutuları sahiblərinə paylanıldı.Bölmənin könüllülər ahıllara ərzaqların daşınmasında yardımcı oldular. Tədbirə qatıla bilməyən yataq xəstələrinə bayram sovqatları könüllülər tərəfindən evlərinə catdırıldı.