2019-ci il may ayının 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyin yeni təyin olunmuş başçısı Olga Cumayevanın Azərbaycana rəsmi səfəri həyata keçirildi.
Səfər zamanı xanım Olga Cumayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovla görüşü baş tutdu. Görüş zamanı bir sıra məsələlərin o cümlədən gələcək fəaliyyətlərin və görüşlərin müzakirəsindən danışıldı. Eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində humanitar sahədə gələcək fəaliyyətlərin müzakirə olunmasına dair xanım Olga Cumayeva Cəmiyyətin İcraçı katibi Ceyhun Mirzəyevlə və digər məsul şəxsləri ilə planlaşdırılan digər görüş keçiirldi.