Ramazan ayı münasibəti ilə xeyirxah insan tərəfindən qeydiyyatımızda olan daha ehtiyaclı tənha,55 nəfər ahıla bayram sovqatı verilmişdi.Bölmə sədri Mətanət Məhərrəmova qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ahılları təbrik etmiş,bölmə qeydiyyatında olan yaşlı insanları daima diqqətdə saxlayan xeyirxah insana öz adından minnətdarlığını bildirmişdi.Söz alan ahıllar da öz növbələrində onlara göstərilən bu diqqət və qayğı ücün bölmə sədri və xeyirxah insana təşəkkürlərini bildirmiş,xeyir-dualar etmişdilər.