61767102_2308421286040750_5022903594848878592_n

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycanda uşaqlara diqqət və qayğı həmişə yüksək səviyyədə olub. Uşaqlara qayğı, onların diqqətdə olması cəmiyyətin inkişaf dərəcəsini göstərir. Ulu öndər Heydər Əliyev hər zaman uşaqlara diqqət yetirirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Heydər Əliyev Fondunun uşaqlara qayğı göstərməsi, onları diqqətdə saxlaması çox təqdirəlayiqdir. Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva uşaqlara, onların sağlam böyüməsinə çox böyük diqqət göstərir.

      Az.QAC  da uşaqları qayğı və diqqəti ilə əhatə edir. Hər bir uşağın məhəbbətə ehtiyacı var. Lakin xəstə və valideyin himayəsindən məhrum olmuş uşaqların bunlara daha çox ehtiyacları vardır. Hər il olduğu kimi AzQAC Sabunçu RB Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti uşaqlar üçü bayram tədbirləri təşkil edir.

        31.05.2019-cu il tarixdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Park Plyus” Uşaqların Əyləncə Mərkəzində valideyin himayəsindən məhrum olmuş və ailə vəziyyəti ağır olan 27 uşaq üçün əyləndirici tədbir keçirtdi. Tədbirdə  uşaqlar üçün bədii-əyləndirici proqramlar təşkil edilmiş, onların səmərəli istirahətləri üçün hər cür şərait yaradılmış, bayram süfrəsi və ailələrinə ərzaq yardımları verilmişdir. Uşaqların üzləri sevinc və təbəssümlə parıldıyırdı. Məqsədimiz də bu idi.
Xüsusi qayğıya və dəstəyə ehtiyaci olan uşaqlar üçün 1 iyun bayram şənliyi  könüllülərimizin dəstəyi ilə hər il olduğu kimi 1 saylı Ruhi Əsəb Dispanserin 45 xəstə uşaqları üçün konsert proqramı, bayram süfrəsi təşkil etdik. Uşaqlar bol oynayıb rəqs  etdilər və bunlar uşaqların həyatına rəng qatdı.

         Bayram münasibətilə bütün uşaqları təbrik edirik, onlara rifah dolu, sakit həyat, bol uğur, sağlamlıq arzulayırıq. Qoy uşaqlarımız həmişə sülh və əmin-amanlıqda, aydın səma altında böyüsünlər!  61443626_1280282045468096_211800599895736320_n 61459964_1280284158801218_2348602385057710080_n 61465204_2308394299376782_3990042820055400448_n 61589508_2308418446041034_2271274032923934720_n 61592756_2308393729376839_3872782340199546880_n 61602107_2308394536043425_3295947118287519744_n 61617656_1280284002134567_4599589694009769984_n 61675956_1280283895467911_4240165798225641472_n 61694679_1280283732134594_1068728424639496192_n 61700591_1280282078801426_8362221688028397568_n 61736451_1280281925468108_632265472833748992_n 61738424_2308420012707544_3999458861542014976_n 61756135_1280283845467916_6864948212642349056_n 61775182_1280283392134628_2872113311657230336_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.