Adının hallanmasını istəməyən xeyirxah bir insan tərəfindən bölməmizin daha 35 nəfər ehtiyac sahiblərinə Ramazan bayramı münasibəti ilə qurban payı çatdırıldı.Bölmə sədri Mətanət Məhərrəmova bu əziz ayda Ramazan sovqatlarını ehtiyaclı ahıllarla bölüşən xeyriyyəçi insana öz adından və ahıllar adından minnətdarlığını bildirdi.Ahıllar da öz növbələrində onları diqqətdə saxlayan insanlara xeyir-dualarını verdilər.