Bu gün Ramazan bayramının ilk günü xarici ölkədə görəvdə olan,qəlbi hər zaman xeyirxahlıqla döyünən bir qardaşımızın maliyyə dəstəyi ilə 20 nəfər ehtiyaclı ahıllarımız,şəhid valideyinləri və yataq xəstələrinə bayram sovqatları paylanıldı.Ona görə ki,vətəndən uzaqda olan bir vətən oğlu onları bu əziz bayram günündə xatırlamış,bayram sovqatını onlarla paylaşmışdı.Ahıllar da öz növbələrində xeyirxah insandan xeyir-dualarını əsirgəmədilər. Allah qəbul eləsin!