1

Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri Ümumdünya İlk Yardım gününü qeyd etdilər

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının üzvü olan milli cəmiyyətlərin təşəbbüsü ilə 2000-ci ildən başlayaraq hər il sentyabr ayının ikinci şənbə günü Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd edilir.

İlk yardımın məqsədi zərərçəkmiş insanın həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsindən ibarətdir. Həyat göstərir ki, ilk yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibbi təhsilli adamların olmadığı bir şəraitdə yaranır. Hər saniyənin qiymətli olduğu belə vəziyyətlərdə hadisə yerindəki adamlar vahiməyə düşmədən tez və qətiyyətli hərəkət etməlidirlər.

Ümumdünya İlk Yardım Günü (WFAD), geniş ictimaiyyət üçün ilk yardım bilik və bacarıqlarını tanıtmaq və təbliğ etmək üçün bir fürsətdir. Əhali və icmalar arasında İlk Yardım bilik və bacarıqlarını yaymaq məqsədilə FMKD hər ay müxtəlif yerlərdə İlk Yardım Postları qurur. Ümumdünya İlk Yardım gününü qeyd etmək üçün FMKD Ağdam, Tərtər, Füzuli, Qazax və Sumqayıt şəhərində İlk Yardım Postlarını qurdular və əhaliyə İlk Yardım biliklərinin vacibliyi və önəmini izah etdilər, praktiki nümayiş və məşğələlər keçirdilər.1 2 3 4 5 6 7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.