Azərbaycan Qızıl Aypara Cəmiyyəti Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə əhali arasında geniş fəaliyyətləri həyata keçirir.
Belə ki, oktyabr ayının 2-də, Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Lənkaran şəhəri, Separadi kənd tam orta məktəbin şagirdləri üşün sağlamlıqla bağlı seminar təşkil olunmuşdur. Proqramın kordinatoru Mətanət Qaraxanova İlk öncə şagirdlərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın və AzQAC yaranma tarixi, Fundamental Prinsiplər, həyata keçirilən fəaliyyətlər barədə geniş şəkildə təqdimat etdi. Xüsusi olaraq, M.Qaraxanova şagirdlərə “Sağlam həyat tərzi” –in anlayışını, buraya daxil edilən mövzuların geniş izahatını vermişdir. Uşaqların sağlam böyüməsi üçün şagirdlərlə birgə həm məktəbin həm valideynlərin əməkdaşlığın olmasını, sağlam həyat təbliğinə dair geniş və mütəmadi maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etmişdi. Sonda M.Qaraxanova şagirdlərin sağlamlıqları ilə bağlı suallarını cavablandırmışdı. Tədbirdə məktəbin psixoloqu Tamella Səlimova və direktor köməkçisi Məhbubə Rzayeva iştirak etmişlər.