1a78116b-2396-455a-a554-05c8ba54e478

AzQAC-ın prezidenti, Dr. Novruz Aslanovun 33-cü Beynəlxalq Konfrans zamanı Beynəlxalq Humanitar Hüquq (BHH) mövzusunda çıxışı

11 dekabr 2019-cu il tarixində AzQAC-ın prezidenti, Dr. Novruz Aslanov Beynəlxalq Konfransın 33-cü görüşü zamanı Beynəlxalq Humanitar Hüquq (BHH) mövzusunda çıxış edərək, “Beynəlxalq humanitar hüququn milli səviyyədə daha yaxşı həyata keçirilməsi üçün bir yol xəritəsi” adlı mövzuda nitq söylədi. Dr. Aslanov xüsusi olaraq vurğuladı: “Əvvəlki çıxışlarımızda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda birbaşa bu problemlə üzləşdik: bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, beləliklə, ölkənin hər onuncu sakini qaçqın hesab olunur. Münaqişə boyu Beynlxalq Humanitar Hüququn pozuntularının Azərbaycanda mülki şəxslərin, xüsusən cəbhə bölgələrində yaşayanların, məcburi köçkünlərin, itkin düşmüş şəxslərin, girovların və onların ailələrinin həyatına birbaşa təsirinin şahidi olduq. Buna görə də əminliklə deyə bilərik ki, BHH və digər beynəlxalq standartlara riayət etmək aktualdır və həm Hərəkat, həm də dövlətlər tərəfindən fəal dəstəklənməlidir.”7f9169db-661b-4b6e-af8c-20bcfdc49bad b2fcf231-310d-4903-b427-cab4efc2dfa1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.