Biz “Vərəmə Son Qoyaq Qlobal Planı”nın, “Vərəmə Son Qoyaq Strategiyasının” və 2030-cu ilə kimi vərəm epidemiyasının qarşısının alınmasına dair Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Toplantısında qəbul olunmuş Bəyannamənin hədəflərinə nail olmaq üçün, vərəmlə mübarizədə insan hüquqları və gender bərabərliyini təbliğ etməklə dəyişikliyə nail olmalıyıq. Vətəndaş cəmiyyəti və icmaların gücləndirilməsi bu məsələdə etik və proqrammatik tələbdir.
Bunu əsas tutaraq 19-20 dekabrda “Azərbaycanda vərəmlə mübarizədə Oneimpact (EVİM– Elektron Vərəm İnformasiya Mərkəzi) rəqəmsal həll yolları” mövzusunda seminar keçirildi.
“Azərbaycanda vərəmlə mübarizədə Oneimpact (EVİM- Elektron Vərəm İnformasiya Mərkəzi) rəqəmsal həll yolları” mövzusunda seminarın ilk günü partnyor təşkilatların açılış nitqi ilə başladı. Seminarın ilk günü 23 nəfər iştirak edirdi. İştirakçılar Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi əməkdaşları, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və digər QHT-lər, Vərəmin təsirinə məruz qalmış icma nümayəndələri, Vərəm Əleyhinə QHT Koalisiyası üzvləri, həkim-ftiziator və ekspertlər idi. Azərbaycan Qızıl Aypara Cəmiyyətini İctimai layihələr üzrə məsləhətçi, miqrasiya şöbəsinin əməkdaşı, Azərbaycan Vərəm koalisiyasının Cəmiyyətdən nümayəndəsi Sona Hacıyeva təmsil edirdi.
Moldovanın Səhiyyə Siyasəti və Araşdırmalar Mərkəzinin TB REP 2.0 proqramı üzrə vətəndaş cəmiyyəti əlaqələndiricisi Kristina Çelan “Vərəmlə mübarizədə İcmaya əsaslanan monitorinq və onun TB REP 2.0 çərçivəsində Milli Vərəmlə mübarizəyə töhfəsi” mövzusunda təqdimatla çıxış etdi.
Vərəmlə mübarizədə İcma əsaslı monitorinq BMT-in vərəmlə bağlı Siyasi Bəyannaməsinin, Qlobal Vərəmlə mübarizə planının və ÜST-ün Vərəmə Son Qoyaq strategiyasının əsas tələbidir. Növbəti təqdimatla Mari Çokeli, TB people qurumunun regional nümayəndəsi, qurumun tarixçəsi, fəaliyyət spektrı və hədəflər barədə məlumat verdi.
Manoj Prabhu “Pasiyent-yönümlü mobil tətbiqin ölkənin spesifikasına uyğunlaşdırılmasına zərurət” mövzusunda təqdimatla çıxış etdi. İştirakçıların suallarını cavablandırdı. Qrup işlərinin gedişində Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz rəy və təşəbbüsləri ilə fəal iştirak etdi.
Nəticə olaraq, hər bir maneə ilə bağlı problemlərə cavab vermək üçün komanda yaradılmalı və işlər komanda üzvlərinin səlahiyyətlərə uyğun olaraq bölünməlidir. Həmin şəxslər Milli Vərəm Proqramından (MVP), Səhiyyə Nazirliyinin digər qurumlarından, Vərəmlə bağlı fəaliyyəti olan cəmiyyətlərdən, icma üzvlərindən və “Sağlamlığa Xidmət” İB-in əməkdaşları olmalıdır.
Qərara alındı ki, növbəti bir neçə ay ərzində kiçik seminarlar təşkil edilsin, məsuliyyətlərin bölünməsi məsələsinə baxılsın və Milli Vərəm Proqramı (MVP) ilə bu istiqamətdə görüşlər keçirilsin.
15 yanvardan sonra Milli Vərəm Proqramı əməkdaşları ilə görüş təşkil edilməli və bütün məsələlər ətraflı soruşularaq müzakirə edilməli, bütün daxil edilmiş informasiyaların uyğun olub-olmadığı araşdırılmalıdır.
Pasiyent-yönümlü mobil tətbiqin ölkənin spesifikasına uyğunlaşdırılmasına zərurət hamı tərəfindən dərk edilməli və onun müvəffəqiyyətlə idarə olunmasına cəhd edilməlidir.