Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsinin təşkilatçılığı, “FAB” boyanın dəstəyi ilə rayon qeydiyyatında olan 70 nəfər olmaqla tənha və aztəminatlı ailələrə ət payı paylanıldı. “FAB”-ın nümayəndəsi çıxışında hər zaman AzQAC ilə qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildirdi və bundna sonra da qarşılıqlı əməkdaşlıq şəklində humanitar yardımların olunacağını vurğuladı. Yardım alan şəxslər də öz növbəsində “FAB”-ın rəhbərliyinə və AzQAC-a bu xeyirxah işdə göstərdiyi köməkliyə görə öz təşəkkürlərinin bildirdilər.
Eyni zamanda Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) dəstəyi ilə 40 aztəminatlı ailələrin uşaqlarına Yeni İl sovqatı paylanıldı.
Sonda hər iki quruma AzQAC-ın rəhbərliyi adından öz təşəkkürlərini çatdıran Binəqədi rayon bölməsinin sədri Afət Quliyeva bu cür tədbirlərin daim Milli Cəmiyyət tərəfindən təşkil edildiyini söylədi. Bu təşəkkürlərə yardım alan insanlar da qoşuldular.