gallery_photo-gallery-5659

Bakıda “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası ilə bağlı  ölkədə  tibbi, təhsil, sosial və digər strukturların birgə əməkdaşlığı çərçivəsində geniş fəaliyyətlər həyata keçirilir.

19 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı (İSİM) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirilmişdir. Konfransda ÜST Avropa Regionu, Azərbaycan Nümayyəndəliyinin başçıları, UNİCEF, Qlobal Fond, Az.Respublikası Səhiyyə Nazirliyi,  İcbari Tibbi Sığorta, diplomdan əvvəl və diplomdansonrakı tibbi təhsil müəssisələrinin nümayyəndələri, tibb işçiləri iştirak etmişlər. Konfransda  dünyada və Azərbaycanda QYX sahəsinə dair geniş məlumatlar, ölkədə  görülən işlər, həmçinin son iki il ərzində (18 dekabr 2017-ci ildə I Milli Konfrans keçirilib) qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri, STEPS sorğusunun nəticələri konfransda geniş müzakirə edildi.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı ölkədə fəaliyyət göstərən bütün qurumların əməkdaşlığı çərçivəsində Azərbaycanda qeyri-infeksion xəstəliklərin üstünlük təşkil edən risk faktorlarına qarşı səmərəli mübarizə üçün mövcud QİX siyasətləri və strategiyaları qəbul edilməli və yerli standartlara uyğunlaşdırılmasını qeyd etdi.

ÜST-nin Avropa üzrə Regional Ofisində Qeyri-infeksion xəstəliklər və sağlamlığın həyat boyu təbliği bölməsinin direktoru Bente Mikkelsen video təqdimatla çıxış edərək, tibbi xidmətin keyfiyyətinin artırılması və bu sahədə informasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdı.

Konfransda ÜST-nin Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri İvo Rakovac Avropa Mərkəzinin rəhbəri Joao Breda Azərbaycanda STEPS sorğusunun müqayisəli təhlili və QİX-in qarşısının alınması üzrə əldə olunan nəticələr barədə çıxış etmişlər.

Ümumilikdə sağlam həyat tərzi vərdişlərinin əhali arasında geniş təbliğ və təşviq olunması istiqamətində birgə əməkdaşlığın vacibliyi də vurğulanmışdı.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının  ən prioritet sahələrindən biri olan  QYX və onlarla mübarizə tədbirlərə dair fəaliyyətlərin geniş şəkildə  həyata keçirilməsini Milli Cəmiyyətlərə tövsiyyə edir.  Bu baxımdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti də icmalarda rayon bölmələri vasitəsilə əhali arasında QYX-nə  dair geniş maarifləndirməyönümlü fəaliyyətlərini həyata keçirdir. Bundan əlavə AzQAC Az.Respublikası  İSİM-lə sıx əməkdaşlıq çərçivəsində bir çox tədbirləri birgə  təşkil etmişdir. Yuxarıda qeyd edilən konfransda BQXQACF-n  icmaların fövqəladə hallar zamanı sağlamlıqla bağlı gücləndirilməsi” layihəsi üzrə regional məsləhətçi Nana Thsanava , AzQAC-in İcraçı katibinin müavini Səbinə Məhbubi-İran və “İcmaya əsaslanan” proqramının kordinatoru Mətanət Qaraxanova iştirak etmişlər.IMG-20191220-WA0007

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.