25 Dekabr 2019-cu il tarixində Tərtər Regional Peşə Təlim Mərkəzində Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün yeni il Şənliyi təşkil olundu. Tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Tərtər rayon Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AzQAC-nin Tərtər rayon bölmə sədri Etibar Heydərov və AzQAC Tərtər rayon bölməsinin könüllüləri, YAP Tərtər rayon Məşvərət şurasının üzvləri və valideynlər iştirak etdi. Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və qarşıdan gələn bayramlarını təbrik etdi.