Uzun illərdi əməkdaşlıq etdiyimiz Azərikimya İB-nin rəhbərliyi bütün bayramlarda qeydiyyatımızda olan ahılları unutmur,bayram sovqatı ilə onları sevindirir.Bu Yeni il qabağı da onlar ahıllarımızı unutmamış,bayram sovqatı ilə onları təbrikə gəlmişdilər.Azərikimya İB-nin məsul işcisi Fikrət Əliyev Ahılları rəhbərlik adından təbrik etmiş,xoş arzularını bildirmişdi.Bölmə sədri Mətanət Məhərrəmova birgə əməkdaşlıq ücün Azərikimya İB-nin rəhbərliyi başda olmaqla bütün kollektiviinə öz adından, ahıllar adından minnətdarlığını bildirərək,onları Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və 2020 Yeni ilin gəlişi münasibəti ilə təbrik edərək,ən xoş arzularını bildirmişdi.