Adının hallanmağını istəməyən daimi xeyriyyəcilərimizdən biri 35 nəfər ehtiyaclı ahıllarımızı sevindirdi. Az.QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Yeni ilin gəlişi münasibəti ilə yaşlıları təbrik edərək,onlara can sağlığı arzuladı. Allah rizası ücün əl tutan xeyirxah insana öz adından və kollektiv adından minnətdarlığını bildirdi. Daha sonra ərzaq bağlamaları və qurban əti ehtiyaclı ahıllara paylanıldı.Ahıllar da daima onları diqqətdə saxlayan xeyriyyəçimizə öz xeyir-dualarını verdilər. Allah qəbul eləsin!