Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 55 nəfər daha ehtiyaclı ahıla ərzaq yardımı paylanıldı. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyirxah insana minnətdarlığını bildirdi.Ahıllar da öz növbələrində hər ay onlara göstərilən diqqət və qayğı üçün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan ehtiyaclı yataq xəstəsinə ərzaq yardımı və isti yataq dəsti bölmənin işçi heyəti tərəfindən evlərində çatdırıldı.