Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2020-ci ilin iş planında nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi məqsədilə görüləcək işlərdə əsas prioritetlərin müəyyən edilməsini, eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərdə işgüzar əlaqələndirmənin düzgün təşkilini daima diqqətdə saxlayaraq öz tərəfdaşları ilə səmərəli görüşlərə önəm verir. Bu görüşlərdə ilkin olaraq planlaşdılılan işlər geniş təhlil olunur, mümkün imkanlar daxilində həlli vacib məsələlər önə çəkilərək onların həll edilməsi istiqamətləri müəyyənləşdirilir. Bu səpkidə baş tutan görüşlərdə mövcud resurslar araşdırılır,birgə fikir mübadiləsi aparılaraq növbəti fəaliyyət üçün real zəmin yaradılır.
Belə xarakterli görüşlərdən biri də 28 yanvar tarixində AzQAC Katibliyində keçirilmişdir. Əməkdaşığa dair görüşdə Az.QAC-nin Fövqalədə hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Elşən Səlimzadə, Az.QAC-nin Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov və İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinin başçısı Səid Kənani iştirak edirdi. Az.QAC-nin rəhbərliyinə görüşdən əvvəl müzakirə olunacaq məsələlərlə bağlı mərüzə olunmuş, onların tapşıriq və tövsiyyələri görüş iştirakçıları tərəfindən nəzərə alınaraq fəaliyyət istiqaməti olaraq qəbul edilmişdir. Əsas müzakirə mövzusu fövqalədə hallar zamanı könüllü peşəkar insan resurslarının cəlb olunması mexanizminin təkmilləşdirilməsi, onların lazımi ləvazimatlarla təminatı, mobil konüllü dəstələr üçün seminar və treyninqlərin keçirilməsi, tənha və kimsəsiz-zavallı insanların təmənnasız tibbi müayinəsinin təşkili, respublikanın ayrı-ayrı bölgələrində səyyar təmənnasız tibbi müayinənin təşkili və s. buna bənzər fəaliyyət növləri təşkil edirdi. Görüş daha sonra Az.QAC-nin İcraçı Katibi Ceyhun Mirzəyevin yanında davam etdirildi və gorüşdə müzakirə olunan məsələlər onun nəzərinə çatdırıldı. İcraçı Katib qeyd olunan məsələlərin aktuallığını vurğılamaqla yanaşı eyni zamanda qeyd edilən məsələləri Cəmiyyətin ali rəhbərliyinə məruzə edəcəyini bildirdi, yekun olaraq məqbul hesab edilən fəaliyyətlərin həyata keçməsi üçün lazımi dəstəyin olcağını görüş iştirakçılarının nəzərinə çatdırdı. Görüş işgüzar və qarşılıqlı anlaşma şəraitində başa çatdı.
Katiblik.