P1110906

Vərəmlə bağlı seminar keçirildi

2020-cı il 7 fevralt tarixində Az.Respublikası Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirməi Komissiyasının dəstəyi ilə QHT nümayələri üçün “Dünyada vərəm problemi.Vərəmlə mübarizədə  multidissiplinar yanaşma” adlı növbəti seminar  təşkil olunmuş. Seminarda  AzQAC-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nuranə Qasımzadə və işçi Bəhriyyə Əkbərzadə, AzQAC-in Abşeron, Sabunçu  və Nəsimi RB  nümayyəndələri, Eşitmə və nitq məhdudiyyəti olan şəxslərə sosial yardım İctimai Birliyi, Azərbaycan Uşaq və Gənclərin “Sülh” Şəbəkəsi, “Təmiz Dünya” qadınlara dəstək təşkilatı,  HİV sahəsində fəaliyyət göstərən təşkilatların nümayyəndələr iştirak etmişlər. Seminarı  Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyanın üzvü, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının  kordinatoru M.Qaraxanova  aparırdı.

Seminar iştirakçılarına Vərəm haqqında geniş məlumatlar prezentasiya şəklində təqdim edildi. Təqdimat üç hissədən ibarətidi. İlk öncə əhali arasında vərəm haqqında yalnış yanaşmalar, Vərəmin dünyada və Azərbaycanda (burada Azərbaycanda  dünyanın 30 ölkə arasında DDV-n yayılması)  barədə məlumatlar qeyd edildi. Bununla yanaşı Ümumdünya Səhiyyə Təşkilatının  Vərəmin qlobal epidemiyası ilə  mübarizədə 20-illik  (2016-2035) strategiya, Vərəm haqqında əsas faktlar təqdim edildi. Vərəmli xəstələrinin müalicə olunmasında rast gəlinən maneilər qruplarda müzakirə edildi.

Seminar iştirakçılarına təqdim edilən məlumatlarda vərəmli xəstələrə psixoloji dəstək və qayğı fəaliyyətinin prinsipləri və xüsusiyyətləri barədə məlumatlara yer ayrılmışdı. Vərəmlə uğurlu  mübarizənin  erkən aşkarlanma,  tam və düzgün müalicə və əhalinin maarifləndirilməsi  kimi komponentlərdən asılı olduğu seminarda xüsusi vurğulandı. Bu fəaliyyətlərdə bir daha əməkdaşlığın xüsusi rolu qeyd edildi.

Sonda iştirakçılar seminardan bir çox yeni məlumatları əldə etdiklərini səsləndirərək, bu kimi seminarların vərəmli xəstələrə tibbi-sosial, psixoloji  xidmətlərin  yaxşılaşması baxımından  onlar üçün çox əhəmiyyətli olduğunu vurğulamışlar və hər bir iştirakçı vərəm sahəsində əməkdaşlıq etmək, xəstələrə psixoloji dəstək olmaq, əhalinin maarifləndirilməsində iştirak etməyə hazır olduqlarını qeyd etmişdir.P1110910 P1110911 P1110914

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.