“Beynəlxalq İlk Yardım Günü”Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərəfindən hər il Sentyabr ayının 2-ci həftəsində qeyd olunur. 2015-ci ildə bu tarıxın qeyd olunması şənbə günü Sentyabr ayının 12-ə təsadüf olundu.
Bu gündə bütün Qızıl Xaç və Qızıl Aypara Hərəkatı İlk Yadım üzrə bilik və bacarıqları dünyada təbliğ edir ki, bu təbliğatın vasitəsilə ilk yardım təlimatlarının sayı artsın, onlardan daha tez tez istifadə olunsun və bununla insanlar müxtəlif şəraitlərdə özlərinin və digərlərinin həyatlarını xilas etsinlər və baş vermiş hadisələrə qarşı davamlı olsunlar. Fövqəladə hallar və ya münagişələr zamanı həyatların 90%-i mütəxəssislər yox adi insanlar tərəfindən xilas edilir.
Keçən ildə irəli sürülən “Qəhrəman ol. Həyatları xilas et. İlk Yardım hər yerdə, hər kəs üçündür ” ümumi şüar çərçivəsində bu ildə tədbirlər zamanı istifadə olunan mövzu “İlk Yardım və əhalinin yaşlaşması”dır. İdeya yaşlaşmaq haqqında pozitiv anlayış yaratmaq, yaşlı əhaliyə qarşı daha diqqətlə, daha hörmətlə yanaşmaq və onları əhalinin vacib bir mənbəyi kimi qəbul etməkdir. Əhalinin yaşlı təbəqəsi də öz növbəsində gücünə və bacarığına inamla yanaşmalıdır və özünü cəmiyyətdən müəyyən bir yaş həddinə çataraq təcrid olunmuş hiss etməməlidir. Qızıl Xaç və Qızıl Aypara Hərəkatının İlk Yardım programı çərçivəsində müxtəlif yaş təbəqələrinə uyğun modullar mövcuddur. Modullardan biriəhalinin yaşlı təbəqəsinə aiddir və imkan verir ki, onlar lazımı biliklər və bacarıqları əldə edib həm özlərinə həm də həmyaşıdlarına, yaxınlarına, nəvə nəticələrinə kömək göstərə bilsin və bununla qəhrəman olsunlar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahının Gənclər və Könüllülər, Sağlamlıq və Qayğı və Fövgəladə Hallara Hazırlıq və Cavab vermə şöbələri, AzQAC Qusar yerli bölməsinin təşəbbüsü və vasitəsi, Qusar rayonunun İcra Hakimiyyətinin yaxın dəstəyilə təşkil olunmuş tədbir zamanı yığışan insanlara günün mahiyyəti haqqında ətraflı məlumat verildi. “Elə bir hal,hadisə ola bilər ki,məsələn ,ətrafda heç kim olmasın və zərərçəkənlə təkbətək düşəsən və bu hallarda ilk yardım vərdişlərinin bilinməsi o insanın həyatını xilas edər. Eyni zamanda yadda saxlanılmalıdır ki, İlk Yardım yaşdan, əldə olunan biliklərdən asılı olmayaraq hər kəs tərəfindən qavranıla, öyrənilə və lazım olanvaxtda istifadə oluna bilər. Hər kəs qəhraman ola bilər” Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcra katibinin müavini xanım Səbinə Məhbubi-İran iştirakçılara müraciət edərək qeyd etdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidentinin müşaviri cənab Elşən Səlimzadə İlk Yardımın icmaların təbii fəlakətlərə qarşı möhkəm, davamlı olmaları üçün çox faydalı olduğunu vurğuladı. Ona görə də Qusarda Avstriya Qızıl Xaç Cəmiyyəti və Avstriya İnkişaf Agentliyi tərəfindən keçirilən “Möhkəm və Təhlükəsiz İcmaların Qurulması” layihəsinin əsas komponentlərindən biri İlk Yardımdır.http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=360484
Sonra Qızıl Aypara Cəmiyyətinin İlk Yardım üzrə mütəxəssisi doktor ŞahinBiləndərli nümayişlər vasitəsiləmüxtəlif bədbəxt hadisələr, ekstremal hallar (məsələn yanıqlar, sınıqlar, ürəkkeçmələr və s.) bu hadisələrdə İlk Yardımın göstərilmə qaydaları haqqındaətraflıməlumatlar və izahatlar verdi. Tədbirin daha maraqlı və iştiraklı olması üçün AzQAC-ın təşkilatcıları tərəfindən bilik viktorinası keçirildi. Doktor Biləndərli hər verilən suallara dair və dünya təcrübəsində hal hazırkı zamanda İlk Yardımın hansı üsullarla göstərilməsinə dair əlavə açıqlamalar verdi. Viktorınanın sonunda ən fəal iştirakçılara Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindənhazırlanmış hədiyyələr təqdim olundu.
Onu da demək lazımdır ki, Beynəlxalq İlk Yardım Günü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir çox şəhər və rayon bölmələri tərəfindən qeyd olundu və təcrübə mübadiləsi uçün müxtəlif bölmələrin nümayəndələri öz həmkarlarının tədbirlərində fəallıqla iştirak etdilər. Qusar rayonunda keçirilən tədbirdə Qızıl Aypara Cəmiyyətin ən fəal şəhər bölmələrindən biri olan Sumqayıt şəhər bölməsi iştirak edirdi.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcra Katibinin müavini/Gənclər və Könüllülər şöbəsinin rəhbəri Xalidə xanımİsgəndərova, AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmova, Fövgəladə Hallara Hazırlıq və Cavab vermə şöbəsinin rəhbəri cənab Fərid Seyidzadə, AzQAC Qusar rayon bölməsinin sədri cənab Biniyyəddin təmsil edirdilər.
Tədbir AzQAC-nin aparıcı tərəfdaşları olan İran Qızıl Aypara Cəmiyyəti və Avstriya Qızıl Xaç Cəmiyyəti/Avstriya İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirildi və bunun üçün bütün iştirakçılar tərəfindən bu cəmiyyətlərin rəhbərliyinə təşəkkürlər bildirildi