20 fevral tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında AzQAC-ın prezidenti Novruz Aslanov, İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin başçısı Elena Ajmone Sissera, Əməkdaşlıq şöbəsinin əlaqələndirici şəxsi Rasim Allazov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyinin başçısı Olqa Jumayevanın iştirakı ilə növbəti Qızıl Xaç və Qızıl Aypara Hərəkatdaxili üçtərəfli görüş keçirilmişdir.
Görüşün əvvəlində Milli Cəmiyyətin prezidenti cənab Novruz Aslanov qonaqları salamlayaraq artıq ənənə xarakteri daşıyan üçtərəfli görüşün vacibliyini və əhəmiyyətini xüsusi olaraq vurğuladı. Eyni zamanda Cəmiyyətin prezidenti BQXK və Beynəlxalq Federasiya ilə olan əməkdaşlıq münasibətlərini və dəstəyi yüksək qiymətləndirərək görüşün uğurla və nəticəli keçməsinə ümid bəslədi.
Sonra gündəliyə əsasən birinci mövzu Ölkədə və regionda mövcud vəziyyətin nəzərdən keçirilməsi təqdim olundu və hər üç tərəf bu və digər mövzulara öz münasibətlərini və təkliflərini bildirdilər. Qeyd olundu ki, global və ölkə daxilində olan məsələlər QXQA Hərəkatı və onun tərkib hissələri tərəfindən şərh olunur və onlara nəzər salınır.
Son görüşdən bəri aparılan birgə fəaliyyətlərə və əldə olunan naliyyətlərə gələrək, hər üç təşkilat tərəfindən bir sıra misallar verildi. Fövqəladə Hallarda fəaliyyət göstərən Mobil Komandaların təlimatlandırılması və onların iştirakı ilə gələcək Simulasiya tapşırığının təşkil olunması, planlaşdırma görüşlərinin aparılması və s.
Həmçinin, görüşdə Avstraliyaya yardımın göstərilməsi, iqlim dəyişkənliyi və koronavirusa qarşı hazırlıq işlərinin aparılmasından danışıldı.
Sonda BQXK-nin Bakıdakı nümayəndəliyinin başçısı Elena Aymone Sissera və Federasiyanın Qafqaz üzrə nümayəndəliyinin başçısı Olqa Jumayeva Milli Cəmiyyətinin prezidenti Novruz Aslanova görüşə görə öz təşəkkürlərini bildirdilər. Yaxın gələcəkdə aparılacaq fəaliyyətlərin və yeni təşəbbüslərin həyata keçirilməsində dəstək göstərəcəklərinə hazır olduqlarını bildirdilər.