Əziz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvləri və könüllüləri,
Bu xüsusi gündə, 100 illik yubiley münasibətilə Beynəlxalq Qırmızı Xaç Komitəsi adından Sizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Bir əsrdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi və könüllüləri saysız-hesabsız ehtiyacı olan insanların köməyinə gəlib, bu hamınızın qürur duyacağınız bir hadisədir.
Yarandığı gündən Milli Cəmiyyət, fəlakətdən zərər çəkmiş insanlara yardım, habelə ən həssas icmalara, o cümlədən qaçqın və məcburi köçkünlərə humanitar yardım və sosial qayğı göstərir.
Onilliklər ərzində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin heyəti və könüllüləri Hərəkatın Fundamental Prinsiplərinə dərin bağlılıq göstərmiş və humanizm adına ehtiyacı olan insanları dayaq durmuşlar.
Mərhəmət və dünyanı daha yaxşı bir məkana çevirmək arzusu, keçən bu 100 ildə sizləri daim doğru yola yönəltmiş və şübhəsiz ki, gələcək 100 illər boyunca da bu duyğular sizləri doğru yola istiqamətləndirməyə davam edəcəkdir.
Milli Cəmiyyətinizdə 12 tibb bacısının humanitar sahədə göstərdikləri müstəsna xidmətlərinə görə Florens Naytingel Medalına layiq görülməsi, sizing insanlara kömək etmək üçün göstərdiyiniz səylərinizin və sədaqətinizin bariz nümunəsidir.
Mən həmçinin, iki təşkilatımız arasında uğurlu əməkdaşlıq əlaqələrini də da qeyd etmək istərdim. 1992-ci ildən bəri Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BQXK münaqişədən zərər çəkmiş insanlara yardım etmək üçün birlikdə işləyirlər. Bu gün, könüllüləriniz BQXK həmkarları ilə yan-yana işləməyə davam edirlər, keçən ilin oktyabr ayında Azərbaycana səfərim zamanı bunun bir daha şahidi oldum.
BQXK həmişə bu güclü tərəfdaşlığa, eləcə də hörmətinizə və dostluğunuza arxalanır.
Əminəm ki, iki təşkilatımız arasındakı münasibətlər qarşıdakı illərdə daha da möhkəmlənəcək və Azərbaycan Qızıl Aypara Cəmiyyətində hər kəsə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı dəyərlərinə və prinsiplərinə sadiq qaldıqlarına görə ən xoş arzularımı və təbriklərimi göndərirəm.
100 İllik Yubileyiniz Mübarək Olsun!
Çox sağ ol!
Peter Maurer