foto (66)

Az.QAC Sumqayıt şəhər bölməsində «Həyat verən gənc donorlar» adlı seminar keçirildi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə XIII qrant müsabiqəsi çərçivəsində AzQAC-nin könüllüsü  Nəzərbəy Hacıağayevin “Həyat verən gənc donorlar” adlı layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində dəyirmi masa təşkil olundu.Tədbiri giriş sözü ilə AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətənət Məhərrəmova açaraq,qonaqları və iştirakçıları salamladı. Tədbirin, ümumiyyətlə layihənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, Nəzərbəy Hacıağayevin qazandığı layihə həqiqətən də cəmiyyətimizə lazım olan,əsas məsələlərdəndir. Bu gün insanların qan vermə aksiyalarına marağı mövcuddur və bu fərdi layihənin bu missiyaya uğurla xidmət edəcəyini vurğuladı. Daha sonra layihə rəhbəri Nəzərbəy Hacıağayev çıxış edərək bildirdi ki,bu mənim ilk fərdi layihə olduğuna görə mən qərara gəldim ki, bu layihə cəmiyyətə humanitar missiyaların təbliğinə xidmət göstərsin və davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Sonra AzQAC Sumqayıt şəhər bölməsinin fəal könüllüləri çıxış edərək öz fikirlərini bölüşdülər. Tədbir diskusiya şəkilində davam etdirildi.Sonda xatirə şəkili çəkildi. foto (2) foto (26) foto (31) foto (42) foto (63) foto (66)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.