BMT-nin Uşaq Fondu (UNİCEF), Avropa İttifaqının maliyyə dəstəyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Programı” çərçəvəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər rayon bölməsinin birgə təşkilatçılığı ilə AYAP Tərtər rayon Məşvərət Şurasının Üzvlərinə “İlk Tibbi Yardım Mövzusunda” maarifləndirici təlim keçirildi. Təlimdə, AYAP Layihəsinin Koordinatoru Vəliyev Fariz, AYAP Tərtər rayon Koordinatoru Məmmədli Kamran, Qızıl Aypara Cəmiyyəti Tərtər rayon Bölməsinin FMKD könüllüləri Heydərli Yaqub , Əlizadə Nofəl, Nəcəfova Tünzalə, İbrahimov Nicat, Agani Mahir, Məmmədova Elnurə , Binnətzadə Rəqsanə və Məhərrəmova Fidan iştirak etdi. Təlimdə Qızıl Aypara Cəmiyyəti Tərtər rayon bölməsinin könüllüləri tərəfindən huşu özündə olan zərərçəkən ,huşu özündə olmayan zərərçəkən, sınıqlar, yaralar qanaxmalar və s. mövzular haqda Məşvərət Şurasının Üzvlərinə praktiki təlim keçirildi.