Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsində “8 Mart- Beynəlxalq Qadınlar Günü” qeyd olundu. Tədbirə tənha qoca qadınlar, şəhid qadınları və aztəminatlı ailələrin qadınları dəvət olunmuşdu.Çıxışını təbrik sözləri ilə açan Az.QAC Suraxanı RB Sədri Turan xanım Hüseynova Azərbaycan qadınlarının cəmiyyətimizdə, həyatımızdakı vacib və əvəzolunmaz rolundan danışdı. Onlara möhkəm can sağlığı, xoşbəxtlik və uzun ömür arzuladı.