Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Prezidenti, Millət Vəkili
Dr. Novruz Aslanova
Hörmətli Novruz müəllim.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında xaricdə çalışan Azərbaycanlılar qrupu adından Sizi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün əməkdaşlarını, üzvlərini və könüllülərini 10 mart « Qızıl Aypara » günü münasibətilə təbrik edirik.
Bu il, ilk Cümhuriyyət varislərindən olan Milli Cəmiyyətimiz özünün 100 yaşını qeyd edir.
Biz, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında xaricdə çalışan Azərbaycanlılar, Milli Cəmiyyətimizin Hərəkatda tutduğu möhkəm mövqeyini, yerli və beynəlxalq səviyyədə yardım göstərən təşkilatlardan birinə çevrilməsini müşahidə edir və bundan qürur duyuruq.
Ümid edirik ki, tezliklə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, güclü donor təşkilatı kimi dünyanın bir çox ölkələrində humanitar missiyalar həyata keçirməsinin şahidi olacağıq.
Sizə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işgüzar kollektivinə möhkəm can sağlığı və həyata keçirdiyiniz humanitar fəaliyyətlərdə daha çox nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Arzu Məmmədova – BQXK-nin Kolumbiyada sahə qrupu rəhbəri;
Asəf Cəfərov – BQXK-nin Amerika ölkələri üzrə informasiya texnologiyaları və
komunikasiya üzrə regional şöbə müdiri;
Bayram Vəliyev – BQXK-nin Ukraynada əməkdaşlıq üzrə nümayəndəsi;
Bəylər Talıbov – BQXQACF-nin Bahamadakı əməliyyatlar rəhbəri;
Elxan Rəhimov – BQXQACF-nin Avropa Zonasının Avropa Regional Ofisinin Direktor
müavini/Regional Direktor əvəzi;
Əmir Babayev – BQXK-nin Myanmada nəzarət həkimi;
Humay Quliyeva – BQXK-nin Kolumbiyada mülki əhalinin müdafiəsi proqramı üzrə qrup
rəhbəri;
Ixtiyar Aslanov – BQXK-nin Rusiya Federasiyasındakı regional nümayəndəliyinin rəhbəri;
Qorxmaz Hüseynov – BQXQACF-nin Rusiya Federasiyasındakı ölkə klasterinin rəhbəri;
Ruslan Namazov – BQXK-nin Ukraynada satınalma meneceri;