11_1517834520

Azərbaycan Həmkarlar İttifaqlarının çoxsaylı üzvləri adından təbriki

 

 

 

 

 

 

 

 

 

001 (1)002 (1)Hörmətli Novruz müəllim !

 

Sizi və təşkilatınızın bütün üzvlərini Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, humanist və xeyirxah işlərinizdə nailiyyətlər

arzulayıram. 100 il bundan əvvəl təsis edilmiş Cəmiyyətiniz böyük humanitar təşkilatlardan biri və amalı humanizm və xeyriyyəçilik olan ideyaların qoruyucusu kimi şərəflə fəaliyyət göstərməkdədir.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından sonra

bütün sahələrdə olduğu kimi Qızıl Aypara Cəmiyyəti də yeni inkişaf dövrünə qədəm

qoymuşdur. Ulu öndərin strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin maddi-texniki bazasının yaxşılaşdırılmasını, sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərilməsini və milli-mənəvi dəyərlərin gücləndirilməsini daima diqqət mərkəzində saxlayır.

Müstəqil Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyəti 20 ildən artıqdır

ki, beynəlxalq hərəkatın bərabər hüquqlu üzvü, humanizm və xeyriyyəçilik dəyərlərini  özündə təcəssüm etdirən və bu istiqamətdə fəaliyyət göstərən təsisatlardan biridir. Bu

gün cəmiyyətiniz bəşəri fundamental prinsipləri həyata keçirir. Özünün sıralarında minlərlə üzv və könüllünü birləşdirmişdir. Bu təşkilat fərq qoymadan xeyirxahlığı insanlardan əsirgəmir, onlara təmənnasız yardım göstərilməsi sahəsində mühüm rol oynayır.

Üzərinə düşən əsas missiyasını uğurla yerinə yetirdiyinə görə Cəmiyyətinizin fəaliyyəti həm ölkə rəhbərliyi, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının ən ali mükafatı olan «Florens Naytingel» medalını qazanmanız ölkə ictimaiyyətində qürur hissi oyadır. Müxtəlif tibbi xidmətlərə görə təqdim edilən bu mükafat müstəsna hallarda verilir. İşçilərinizin beynəlxalq təşkilatlarda təmsil olunması isə Cəmiyyətinizin qazandığı nüfuzun bariz nümunəsidir.

 

Hörmətli Novruzəli müəllim!

Azərbaycan Həmkarlar İttifaqlarının soxsaylı üzvləri adından Cəmiyyətinizi 100 illik yubiley münasibətilə bir daha təbrik edir, ona xeyirxahlıq ideyalarının qoruyucusu və təşkilatçısı kimi humanitar uğurlar arzulayırıq.

Hörmətlə,

Səttar Möhbalıyev

AHİK-in sədri,

Millət vəkili

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.