2020-ci il mart ayının 11-də AzQAC-ın Baş ofisində keçirilən tədbirdə Cəmiyyətin əməkdaşlarının aypara medalı, yubiley medalı və fəxri fərmanla təltif olundular. Tədbiri giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov 100 illik şanlı tarixə malik olan Cəmiyyətin qazandığı uğurlardan bəhs etdi. Bu uğurların əldə edilməsində AzQAC-ın əməkdaşlarının olduğunu qeyd etdi. Artıq uzun illərdir bir yerdə çalışdıqları ayparaçıların AzQAC-ı daha da inkişaf etmiş bir Milli Cəmiyyətə çevirdiklərini söylədi.