2019-cu ildən başlayan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası , AzQAC və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən “Cənubi Qafqazın yerli icmalarının fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi” adlı birgə layihə çərçivəsində fəaliyyətlər davam edilir. Layihəyə Sabirabad, Gəncə, Lənkaran Region Mərkəzlərinə daxil olan Rayon Bölmələrinin işçi heyyəti və könüllüləri cəlb olunub. Layihə çərçivəsində yerlı bölmələrin iştirakı və vasitəsilə Azərbaycanın fəlakətə meyli ərazilərindəki ən ehtiyaclı insanlara sağlamlıq riskləri, habelə, fövqəladə hallar və fəlakətlərin təsirlərinin idarə olunması sahəsində bilik və bacarıqların artırılmasına dair geniş tədbirlərin həyata keçirilməsi nəzərəd tutulub. Bu tədbirlərə Fövqəladə hallar zamanı içtimai sağlamlıq, pandemiyaya hazırlıq, epidemioloji nəzarət, su gigiyenası və sanitariyası, çoxsaylı insan tələfatına səbəb olan hadisələrə reaksiya, ilk tibbi yardım və psixoloji dəstək mövzularına həsr edilən təlimlər aiddir.
Belə ki, 3-5 mart tarixində növbəti təlim Gəncə şəhərində baş tutmuşdu. Təlimdə Gəncə və Mingəçevir RM (Mingəçevir, Qax, Şəki RB) işçi heyyəti və könüllüləri iştirak etmişlər. Təlimçi qismində AzQAC İcraçı Katibinin müavini Səbinə Məhbubi-iran və AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova cəlb olunmuşlar. 3 günlük təlimdə Fövqəladə hallar zamanı içtimai sağlamlıq, pandemiyaya hazırlıq, epidemioloji nəzarət, su gigiyenası və sanitariyası, çoxsaylı insan tələfatına səbəb olan hadisələrə reaksiya mövzulara dair məlumatlar təqdim edilmişdir. Eyni zamanda, iştirakçılara Fövqəladə halda icmaların sağlamlığına və xəstəliklərin yayılmasına səbəb olan amilləri, fövqəladə hal zamanı səhiyyə ilə bağlı ehtimallar, AzQAC-in rolu və fəaliyyətləri barədə də məlumatlar izah edilmişdir. Təlim iştirakçıları qruplara bölünüb, fövqəladə hallara dair tapşırıqlar hazırlayıb, təqdim etmişlər. Təlim iştirakçılarına bir daha qeyd edildi ki, bütün fəaliyyətlər yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq çərçivəsində aparılmalıdır. AzQAC-ti icmaların fövqəladə hallar zamanı sağlamlıqla bağlı yaranan problemləri barədə bilik və bacarıqlarının, bununla icmanın dayanıqlığının artırılmasında öz fəaliyyətlərini gücləndirməlidir. Bununla yanaşı, təlimin bir sessiyası dünyada yayılan Koronavirus epidemiyasına həsr edilmişdir. Təlimdə BQXQACF səhiyyə üzrə kordinator iştirak etmişdir.