Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virus pandemiyasını dünyada elan etmişdir. Bununla bağlı bütün ölkələrdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri mübarizə tədbirlərində fəal iştirak edirlər.
Azərbaycanda da koronovirus (COVID-19) infeksiyasına yoluxma və xəstələnmə halları mövcuddur. Bu şəraitdə əhalinin maarifləndirilməsi, profilaktik tədbirlərinə cəlb və əməl edilməsi zəruridir. Bununla bağlı, AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində əhalinin COVID-19 virusla bağlı maarifləndirilməsi məqsədilə əməkdaşlıq etdiyi təşkilat və icmalarda maarifləndirici tədbirləri həyata keçirdir.
Belə ki, mart ayının 17-də AzQAC-n Sabunçu RB-n vasitəsilə Bakıxanov qəsəbəsində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Bölməsində sosial xidmətçilərə COVID-19 virusla bağlı seminar təşkil olunmuşdur. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova COVID-19 virusla bağlı ÜST-n məlumatlarına dair geniş təqdimat etdi. Virusun mənşəyi, yayılma tezliyi, diqnostikası barədə ətraflı məlumatlar çatdırıldı. Bununla yanaşı, seminar iştirakçılarına müxtəlif ölkələrdə aparılan profilaktik tədbirlərdən, səhiyyə işçilərinin və əhalinin virusdan qorunma vasitələrindən danışıldı. M.Qaraxanova qeyd etdi ki, epidemiyaya qarşı hər bir kəs gündəlik gigiyena qaydalarına düzgün əməl etməlidir. Əhalinin sıx olduğu məkanlarda gigiyena qaydalarına ciddi riayət etməyi tövsiyə edən ekspert xüsusi olaraq vurğuladı ki, özündə qrip xəstəliyinin simptomlarını (qızdırma və öskürək, əzginlik, təngnəfəslik, diareya) müşayiət edən hər bir şəxs ilk növbədə yataq və istirahət rejiminə keçməli, zəruri olduğu halda ictimaiyyət arasına çıxdıqda qoruyucu maska taxmalı, ağırlaşma halları olduqda isə dərhal həkimə müraciət etməlidir. Seminarda ÜST COVID-19 virusla bağlı məlumat vərəqələri istifadə edildi. M.Qaraxanova dinləyicilərə maskanın istifadə qaydalarına düzgün riayət etməsinə dair tövsiyyələri çatdırdı və maskanın istifadə qaydasını nümayiş etdi.