AzQAC-ın əməkdaşları orden və medallarla təltif edildilər
2020-ci il AzQAC-ın yaradılmasının 100 ili tamam olur. Bu ilin önəminə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 6 mart 2020-ci il Sərəncamına əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardımın göstərilməsi sahəsindəki xidmətlərinə görə AzQAC-ın əməkdaşları 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Əmək” ordeni və 18 nəfər “Tərəqqi” medalları ilə təltif edildilər.
Təltifetmə mərasimini giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov bütün təltif olunanları təbrik etdi. Göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, AzQAC-ın Fəxri üzvü, Zati-aliləri cənab İlham Əliyevə öz minnətdarlığnı bildirdi. Bu orden və medalların xüsusi bir önəmi olduğunu söylədi. Məhz, AzQAC-ın 100 illik Yubileyi ərəfəsində verilməsi əlamətdar bir hadisədir deyə əlavə etdi.