Sumqayıt şəhər İcra Hakimiyyətinin və Qızıl Aypara Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Əmək və Müharibə Veteranlarına,Şəhid ailələrinə,bölmənin qeydiyyatında olan tənha kimsəsiz 250 nəfər ahıllarımıza Novruz bayramı sovqatları paylanıldı.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Məmmədov və Az.QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ahıllarımızın bayramlarını təbrik etdilər. Bayram əhval-ruhiyyəsində olan ahıllar bu əziz bayram da onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını və xoş arzularını bildirdilər.