Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 55 nəfər daha ehtiyaclı ahıla ərzaq yardımı paylanıldı. Az QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyirxah insana minnətdarlığını bildirdi.Ahılların Novruz bayramını təbrik etdi.Ahıllar da öz növbələrində hər ay onlara göstərilən diqqət və qayğı üçün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər. Biz də öz növbəmizdə deyirik: Allah əvəzini versin!