Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt regional mərkəzinin koordinatoru, AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova 25 mart tarixində “Aktual söhbət” verlişinin qonağı olub.Mövzu Bəşəriyyətin bəlası koronovirusla mübarizə mövzusudur.Bu mövzuda çıxış edən RB sədri bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah, Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi və 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildi və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməsi haqqında qərar qəbul edilib və Mili Cəmiyyət humanitar təşkilat olaraq yaşlı insanlara yardımlarını evlərində edir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubunda Könüllülük prinsipi əsasında yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yubileyinin ölkəmizdə “Könüllülər ili” ilə eyni vaxta təsadüf etməsinin rəmzi mənasını bildirmişdir.Belə ki AzQAC-nin Sumqayıt şəhər bölməsi nəyinki ancaq qeydiyyatında olan ahıllara, fiziki qüsurlu uşaqlara valideyin himayəsindən məhrum olmuş uşaqlara , eyni zamanda AzQAC-nin fəaliyyət istiqamətlətinə uyğun olaraq maarifləndirmə işləri görürlər.Heç təsadüfi deyilki AzQAC sumqayıt şəhər bölməsinin könüllüləri Sumqayıt İdman Gənclər Baş idarəsinin koronavirusla bağlı maarifləndirci aksiyasında könüllüər böyük aktivlik nümayiş etdirdilər və İSİM təşkilatının bu virusdan necə qorunmaq lazımdır kimi bukletləri ictimaiyət arasında paylamış və onlara məlumatlar vermişlər.
Sumqayıt şəhər İcra hakimiyyəti başçısı cənab Zakir Fərəcovun tapşırığına əsasən şəhərdə xüsusəndə ictimai yerlərdə dizinfeksiya işlərinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubunda Könüllülük prinsipi əsasında yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yubileyinin ölkəmizdə “Könüllülər ili” ilə eyni vaxta təsadüf etməsinin rəmzi mənasını bildirmişdir.Belə ki AzQAC-nin Sumqayıt şəhər bölməsi nəyinki ancaq qeydiyyatında olan ahıllara, fiziki qüsurlu uşaqlara eyni zamanda AzQAC-nin fəaliyyət istiqamətlətinə uyğun olaraq maarifləndirmə işləri görürlər.Heç təsadüfi deyilki AzQAC sumqayıt şəhər bölməsinin könüllüləri Sumqayıt İdman Gənclər Baş idarəsinin koronavirusla bağlı maarifləndirci aksiyasında könüllüər böyük aktivlik nümayiş etdirdilər və İSİM təşkilatının bu virusdan necə qorunmaq lazımdır kimi bukletləri ictimaiyət arasında paylamış və onlara məlumatlar vermişlər.
© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.